RU

“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” Ədalət Verdiyev

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin yenidən açılması istiqamətində danışıqların aparıldığını açıqlayıb.

Məsələ ictimaiyyətdə maraq doğurur və müxtəlif müzakirələrə səbəb olur.

Görəsən, sərhədlərin açılması təhlükəsizlik baxımından hansı riskləri gətirə bilər?

Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev mövzunu belə şərh edib:

“İran ilə Azərbaycan arasında sərhədlər tamamilə bağlı deyil. Yüklərin hər iki istiqamətlə, rahatlıqla daşınır. Sərhədlər vətəndaşların və şəxsi avtomobillərin hərəkəti üçün bağlıdır. Sərhədlərin açılması məsələsi təbii ki, nə zamansa mümkün olacaq, amma hazırda bu məsələ müzakirə olunmur. Bunun səbəblərindən biri də İranın ali dini lideri Əli Xameneinin ətrafında olan bəzi siyasətçilərin və SEPAH generallarının Azərbaycana qarşı təhdid dolu bəyanatları ilə bağlıdır”.

Hərbi ekspertin sözlərinə görə, İran ilə Azərbaycan arasında sərhədlərin bağlı olduğu bir şəraitdə demək olar ki, hər gün, bəzən isə bir gündə bir neçə dəfə İran ərazisindən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik daşınmasının şahidi oluruq.

“Bəzən bu daşımalar Xəzər dənizi vasitəsilə, bəzən isə pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirilir. Əgər İran sərhədlərin açılmasında maraqlıdırsa, ilk növbədə Azərbaycana qarşı təhdid xarakterli bəyanatlardan əl çəkməli, ölkə əraziləri üzərindən narkotik daşınmasının qarşısını almalıdır. Yalnız bundan sonra, əlaqələrin, daşımaların və vətəndaşların hərəkətinin normal qaydaya düşəcəyi ehtimal oluna bilər. İndiki vəziyyətdə isə bu təkliflər bölgədə baş verən reallıqlarla ziddiyyət təşkil edir”-deyə Ə.Verdiyev fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
icma.az

1Источники