RU

Türkiyədə məktəbə hücum - Müəllim dərs zamanı bıçaqlandı

Vanın İpekyolu rayonundakı məktəbə bıçaqlı hücum nəticəsində biri ağır olmaqla iki müəllim yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Hadisə şəhid Kamal Görgülü İbtidai və Orta Məktəbinə qeydə alınıb. Boşanma ərəfəsində olan şəxs sinif rəhbəri olan qaynı R.A.-ya hücum etmək istəyib. O, qaynının dərsdə olduğunu zənn edərək əlində bıçaqla sinif otağına daxil olub. 

Hücum edən şəxs həmin vaxt dərs deyən müəllim E.Ş.-ni qarın boşluğundan bıçaqlayıb. Müdaxilə zamanı digər müəllim R.Y əlindən yaralanıb.

Məktəb direktoru və müəllimlərin müdaxiləsi ilə zərərsizləşdirilən şəxs polisə təhvil verilib.

Yaralı müəllimlər xəstəxanaya aparılıb, şübhəli isə gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Ağarza Elçinoğlu 

Избранный
40
unikal.az

1Источники