RU

Sabah Şuşada “KOB FEST” sərgi-satış yarmarkası başlayır

Sabah Şuşada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək. Saat 10:00-dan etibarən "Güllü bağ" ərazisində təşkil olunacaq yarmarkada Şuşa və ətraf rayonlardan olan sahibkarların məhsulları, sənətkarların əl işləri nümayiş olunacaq və satılacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA)\-ya verilən məlumata görə, yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

"KOB FEST" sərgi-satış yarmarkası sentyabrın 21-dək davam edəcək. Yarmarkada Şuşa şəhərində və ətraf bölgələrin sakinləri və şəhərin qonaqları iştirak edə bilərlər.

Избранный
14
3
operativmedia.az

10Источники