RU

"Milan" milli üzvünü transfer etmək istəyir

"Udineze"nin müdafiəçisi Tomas Kristensen İtaliyada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Milan" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Qırmızı-qaralar" Kristenseni yanvar ayında heyətinə qatmağa çalışacaq. Klubu 21 yaşlı mərkəz müdafiəçisini 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Udineze" Tomas Kristenseni 2023-cü ilin yayında "Orxus"dan transfer edib. Danimarka U-21 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
41
2
sportal.az

3Источники