RU

Milli Məclisin komitə iclası keçirilir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilir.

Sitat.info xəbər verir ki, iclasın gündəliyinə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabat daxil edilib.

Komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi də bugünkü iclasda müzakirəyə çıxarılıb.

Eyni zamanda “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi də komitədə müzakirə ediləcək.

Избранный
11
5
sitat.info

6Источники