RU

Azərbaycana buğda idxalı artıb

2025-ci ilin ilk səkkiz ayında Azərbaycana 759 945.19 ton buğda idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% artım deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsinin səkkiz aylıq hesabatında qeyd olunub. 

2024-cü ilin yanvar–avqustunda Azərbaycana 579 926.94 ton buğda idxal olunub. 
Statistik dəyər baxımından isə idxalın həcmi 2024-cü ilin ilk səkkiz ayında 128.36 milyon ABŞ dolları, 2025-ci ildə isə 163.50 milyon ABŞ dolları olub – təxminən 27.4% artım müşahidə edilib.
Bununla yanaşı, idxalın digər göstəricilər üzrə struktur çəkisi də artaraq 2024-cü ildə 1.01%, 2025-ci ildə isə 1.09% təşkil edib.

Azərbaycandakı rəsmi statistikaya görə ölkə ərazisində sahələrdən 2,2 milyon tondan çox taxıl yığılıb. 

Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir.  Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir. 

Gülnar Nazimqızı

Избранный
37
anews.az

1Источники