RU

AQTA sədri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyib  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 19-u Hacıqabulda Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşların mürciətlərini dinləyib.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Избранный
8
2
azerbaijan-news.az

6Источники