RU

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirləri Bakıya toplaşır

Gələn həftə Bakıda İƏT Əmək Mərkəzinin iclası keçiriləcək. İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası və yüksək vəzifəli rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq iclası olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 23-24 sentyabr tarixlərində keçiriləcək tədbirlər təşkilatın fəaliyyəti ilə bağlı mühüm qətnamələrin müzakirəsi və qəbulu məqsədini daşıyır.

Tədbirlər çərçivəsində İƏT-nin Əmək Mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa da keçiriləcək.

Xatırladaq ki, İƏT-nin Əmək Mərkəzi 2023-cü ildə Bakı şəhərində üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı zamanı təsis edilib. İƏT-nin ən gənc institutu olan bu Mərkəz üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.

Mustafa Kamal
XQ

Избранный
14
9
xalqqazeti.az

10Источники