Böyük Britaniyanın kəşfiyyat xidməti MI6-ın rəhbəri Riçard Mur Rusiya Prezidenti Vladimir Putinin Ukraynada asan qələbə qazanacağına ümid etdiyini, lakin bunun reallaşmadığını bildirib.
Modern.az xəbər verir ki, Mur bu barədə İstanbulda çıxış edib.
O qeyd edib ki, Putin hələ də sülh danışıqlarına hazır deyil, yalnız kapitulyasiya şərtləri ilə buna razı ola bilər:
“Putin elə düşünürdü ki, tez qələbə qazanacaq. Amma o və başqaları ukraynalıları ciddi şəkildə qiymətləndirmədi. Putin dünyanı Rusiyanın qalib gələcəyinə inandırmaq istəyirdi. Amma o yalan danışır, həm dünyaya, həm xalqına, bəlkə də özünə”, - deyə Mur vurğulayıb.
Britaniya kəşfiyyat rəhbərinin sözlərinə görə, Putin “şəxsi irsi və təhrif olunmuş tarix” naminə Rusiyanın gələcəyini riskə atır, müharibə isə ölkənin tənəzzülünü yalnız sürətləndirir.