RU

Əməkdar müəllimdən məktəbli çantalarının ağır olmasına son qoyacaq VACİB TƏKLİFLƏR

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bildiyimiz kimi, artıq yeni tədris ili başlayıb. Tədris prosesinin gedişi ilə yanaşı, valideynlərin də müəyyən narahatlıqları gündəmə gəlir. Bu narahatlıqlardan biri şagirdlərin çantalarının həddindən artıq ağır olması ilə bağlıdır. Valideynlər bildirirlər ki, bu yük uşaqların yaşına və sağlamlıq imkanlarına uyğun deyil və onların həm fiziki, həm də psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, bu problem bir neçə ildir ki, var:

"Belə görünür ki, həlli ilə bağlı da tədbirlər görülmür. Beynəlxalq araşdırmalarda  açıq şəkildə göstərilir ki, çantanın çəkisi uşağın ümumi çəkisinin 10-15 faizini keçməməlidir. Təəssüf ki, bizdə ibtidai və orta sinif şagirdlərinin çantaları bu normadan dəfələrlə ağır olur və nəticədə uşaqlarda bel, boyun, çiyin ağrıları, onurğa əyilmələri, yorğunluq və diqqət dağınıqlığı yaranır.

Bu problemi aradan qaldırmaq üçün bir neçə praktiki tövsiyəm ondan ibarətdir ki, dərsliklər bölünə bilər. Yəni iri həcmli kitablar yarımilliklər üzrə ayrıca nəşr oluna bilər. Dərs planlaması rasional qaydada tərtib edilə bilər, müəllimlərin hər gün bütün kitabları tələb etməməsi, gündəlik proqramın ağırlıq baxımından balanslaşdırılması hesablana bilər".

Müsahibimiz əlavə etdi ki, bəzi dərsliklərin elektron versiyalarının tətbiqi ilə gündəlik yükün azaldılması mümkün variantdır:

"Əlbəttə ki, ən əsası valideyn nəzarətinin olmasıdır. Uşağın çantasının çəkisinin vaxtaşırı yoxlanmalı, lazım olmayan ləvazimatların çıxarılmalıdır.

Mənim fikrimcə, uşağın sağlamlığı kitabdan da önəmlidir. Çantaların yüngülləşdirilməsi üçün sadə, amma sistemli addımlar atılmasa, bu problem həm tədris keyfiyyətinə, həm də uşaqların fiziki sağlamlığına mənfi təsir göstərməyə davam edəcək", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
redaktor.az

2Источники