RU

Ukraynalı qolkiperin "Qəbələ" ilə müqavilə imzalamaq arzusunu ürəyində qoydular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir neçə gün əvvəl Ukraynanı qanunsuz tərk etməyə cəhd edərkən saxlanılan və gündəm olan "Dinamo" klubunun keçmiş qapıçısı Artur Rudko ilə bağlı yeni təfərrüat ortaya çıxıb. Məlum olub ki, o, karyerasını xilas etmək üçün Azərbaycana gəlmək istəyirmiş.
Oxu.Az bu barədə "Dinamomaniya"ya istinadla xəbər verir.
Bildirilir ki, qapıçı "Qəbələ" klubu ilə müqavilə imzalamaq üçün ölkəsindən çıxmağa çalışıb. Lakin mənbədən o da vurğulanıb ki, artıq azərbaycanlıların təklifi aktual deyil.
Qeyd edək ki, Rudko 2022-ci ildə Polşada yerli "Lex" klubunda çıxış edib, daha sonra Ukraynaya qayıdaraq "Şaxtyor" və "Çernomorets" klublarında oynayıb.
Son məlumatlara görə, Artur Rudko artıq Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərindən birində hərbi təlim keçir.
Избранный
7
oxu.az

1Источники