RU

Monika rejissor sevgilisindən AYRILDI

60 yaşlı italyan aktrisa Monika Belluççi və 67 yaşlı amerikalı rejissor Tim Burton ayrılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “The Mirror” məşhur cütlüyün "bir-birinə böyük hörmət və dərin qayğı"nı vurğulayan lakonik birgə bəyanatına istinadən məlumat yayıb.

“Daily Mail”in məlumatına görə, onlar sonuncu dəfə iyunun 14-də 71-ci Taormina Film Festivalında (İtaliya) səhnədə birlikdə görüntüləniblər.

Qeyd edək ki, onlar daha əvvəl 2024-cü ilin noyabrında 21-ci Marrakech Beynəlxalq Film Festivalında (Mərakeş) və 2024-cü ilin oktyabrında Lionda (Fransa) 16-cı Lümyer Qardaşları Film Festivalının açılış mərasimində ictimaiyyət qarşısına çıxıblar. Ənənəyə uyğun olaraq, sevgililər əl-ələ tutaraq fotolar çəkdiriblər.

Aktrisanın və kinorejissorun eşq münasibəti haqqında məlumatlar 2023-cü ilin fevralında yayılıb və sensasiyaya səbəb olmuşdu.
 

Qlobal media daha sonra Paris Match jurnalının üz qabığını dərc edərək, Paris ətrafında gəzən Belluçi və Burtonun paparazzi fotosunu yerləşdirib.


Həmin nəşrin məlumatına görə, məşhurlar 2022-ci ilin oktyabrında Lionda baş tutan Lümyer Qardaşları Film Festivalından sonra görüşməyə başlayıblar. Bunun ardınca aktrisa rejissorun 1988-ci ildə çəkdiyi komediya janrlı qorxu filminin davamı olan bu yaxınlarda çəkdiyi “Beetlejuice” filmində baş qəhrəmanın həyat yoldaşını canlandırıb.






Bizim.Media

Избранный
32
bizim.media

1Источники