RU

Rusiyalı Trampa Ural dağlarını "satmağı" təklif etdiyi üçün cərimələndi

Ajans.az xəbər verir ki,bu barədə Xantı-Mansi Muxtar Dairəsi – Yuqra məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. İnsident həmin şəxsin Telegram kanalında Danimarkadan Qrenlandiyanın ABŞ tərəfindən alınması ilə bağlı müzakirəyə şərh yazmasından sonra baş verib. Surqut sakini şərhində bildirib: “Tramp, yaxşı olar ki, Ural Federal Dairəsini götür, sənə əlavə pul verəcəyik.” Məhkəmə hesab edib ki, bu ifadə Rusiyanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş açıq çağırış kimi qiymətləndirilməlidir. İşə Surqut Şəhər Məhkəməsi baxıb və vətəndaşı administrativ məsuliyyətə cəlb edərək 90 min rubl (təxminən 950 dollar) məbləğində cərimə edib. Mətbuat xidmətinin açıqlamasına görə, məhkəmə vətəndaşın hərəkətlərində Rusiya Federasiyasının Konstitusiyasında təsbit olunmuş ərazi bütövlüyü prinsipinə zidd çağırışlar olduğunu müəyyən edib. Qeyd olunur ki, bu cür ictimai bəyanatlar, istər ciddi, istər satirik mahiyyət daşısa da, qanunvericilik çərçivəsində cavabdehlik doğura bilər. Hazırda qərarın qüvvədə qalıb-qalmayacağı və vətəndaşın apellyasiya şikayəti verib-verməyəcəyi barədə məlumat verilmir.

 

Избранный
33
Ajans.az

1Источники