RU

Tramp Tayvana hərbi yardımı rədd etdi

ABŞ prezidenti Donald Tramp bu yay Tayvana 400 milyon dollardan çox hərbi yardımı təsdiqləməkdən imtina edib.

Busaat.az xəbər verir ki, “The Washington Post”un yazdığına görə, qərar Çinlə razılaşma ilə bağlıdır.

Beş nəfər nəşrə bildirib ki, imtina Trampın ticarət sazişi və Çin prezidenti Si Cinpinlə mümkün zirvə görüşünü müzakirə etmək cəhdi ilə bağlıdır. Bəziləri onu da qeyd edir ki, hələ də geri qaytarıla bilən qərar Çinin öz ərazisi hesab etdiyi Tayvana münasibətdə ABŞ-ın siyasətində dönüşü göstərir.

Məsələ ilə tanış olan iki mənbəyə görə, paket 400 milyon dollardan çox başa gələcək və döyüş sursatları və avtonom pilotsuz təyyarələr də daxil olmaqla, Tayvana edilən əvvəlki yardım turlarından daha ölümcül olacaq.

WP əlavə edib ki, Ağ Ev sözçüsünə görə, yardım paketi ilə bağlı qərar hələ qəbul edilməyib. Bu arada Tayvanın Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib.

Yeganə

Избранный
12
2
busaat.az

3Источники