Sumqayıtda bədbəxt hadisə nəticəsində yeniyetmə ölüb.
Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, 16 yaşlı Cəsur Şərifov şəhərin 40-cı məhəlləsində çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.