RU

Tanınmış aktyor agentlikdən şikayətçi oldu

"Issız adam" filmi ilə populyarlaşan aktyor Cemal Hünal imzasını saxtalaşdıranlarla bağlı polisə müraciət edib.

Musavat.com-un xəbərinə görə, qısa müddət bir kursda aktyorluq dərsi verən sənətçinin sonradan imzası saxtalaşdırılaraq başqa tələbələrə sertifikat verilib.

Hünalın vəkili İyaz Çimen prokurorluğa müraciət edib. Təqdim edilən şikayətdə Cemal Hünalın agentlikdə qısa müddətə aktyorluq dərsi keçdiyi bildirilib.

Müraciətdə deyilir ki, dərsdən sonra agentlik müştərisinin imzasını saxtalaşdıraraq tələbələrə sertifikatlar verib. Hünalın şəxsi fotoları reklam və tanıtım məqsədi ilə onun razılığı olmadan agentliyin sosial media hesablarında paylaşılıb.

Müraciətdə Hünalın adından, imzasından və fotolarından kommersiya məqsədləri üçün onun iradəsinə zidd olaraq istifadə edilməsinin maddi və mənəvi zərərə səbəb olduğu bildirilir və şübhəlilərin müəyyən edilərək cəzalandırılması tələb olunur.

Cemal Hünal prokurorluğa cinayət ərizəsi təqdim etdikdən sonra mətbuat mənsublarına açıqlama verərək, "Mecidiyeköydə dərs dediyim bir agentlik mənim adıma saxta imzalarla təhsil sertifikatları payladı. Bunu sertifikatı mənimlə təşəkkür mesajları ilə paylaşan tələbələrdən öyrəndim. Buna görə də instaqramdan şikayətçi oldum. Tələbələrin belə çətin vəziyyətdə qalması və onların aldadıldığına inanmağım məni çox üzür".

Könül
Musavat.com

Избранный
21
musavat.com

1Источники