Əfqanıstanda Taliban hakimiyyəti ali təhsil sahəsində yeni və sərt məhdudiyyətlər tətbiq edib.
Sitat.info BBC-yə istinadən xəbər verir ki, dövlət və özəl universitetlərə göndərilən iki göstərişlə 18 fənnin tədrisi tam qadağan edilib.
Bununla yanaşı, qadın müəlliflərin və iranlı yazarların kitablarının da tədrisinə qadağa qoyulub.
Yeni qaydalara əsasən, qadınların yazdığı 140 kitab da daxil olmaqla, ümumilikdə 679 adda nəşr “şəriət və hökumət siyasətinə zidd” olduğu iddiası ilə tədris proqramlarından çıxarılıb. Qadağan edilən fənlərin altısı isə bilavasitə qadınlarla və gender məsələləri ilə bağlıdır.