RU

Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq

Avropa İttifaqı Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos İrəvanda Baş nazirin müavini Mqer Qriqoryanla birgə mətbuata açıqlamasında deyib.

Ermənistan üçün Dayanıqlıq və İnkişaf Proqramının ikinci mərhələsi üçün maliyyə təmin etdiyimizi elan etməkdən böyük şərəf duyuram. Bu, 200 milyon avrodan artıqdır ki, bu da əlaqə, dayanıqlıq və biznesin inkişafına sərmayələri artıracaq”, - Aİ komissarı vurğulayıb.

Onun sözlərinə görə, sülh prosesinə sərmayə qoymaq Aİ-nin prioritetlərindən biridir.

Aİ komissarı qeyd edib ki, 2021-ci ildən Ermənistan üçün 2,5 milyard avrodan çox investisiya səfərbər edilib.

Избранный
24
11
apa.az

10Источники