RU

Azərbaycan Astanada Beynəlxalq Arxiv Forumunun işində iştirak edib  

Qazaxıstanın paytaxtı Astanada Dövlət Arxivinin 30 illiyinə həsr olunmuş “ASTANA ARCHIV FEST-2025” beynəlxalq forumu keçirilib.

AZƏRTAC-ın Astana şəhər meriyasına istinadla verdiyi xəbərə görə, tədbirdə Qazaxıstanın bütün regionlarından arxiv işçiləri və tarixçilər, Azərbaycan, Özbəkistan, Rusiya və Qırğızıstandan nümayəndələr iştirak ediblər.

Forum çərçivəsində “Tördegi töl tarix” adlı fotosənədli film sərgisi, arxiv kolleksiyalarının təqdimatı və “Arxiv: yeni dövr, yeni imkanlar” adlı açıq dialoq platforması olub.

Tədbirin əsas məqsədi müasir arxiv təcrübəsinin mübadiləsi, beynəlxalq əməkdaşlığın inkişafı və yeni rəqəmsallaşma tendensiyalarının nəzərdən keçirilməsi olub.

Forumda arxiv işində süni intellektin tətbiqi, sənədlərin rəqəmsallaşdırılması, elektron sistemlərin effektivliyi və məhdudiyyətləri müzakirə edilib.

Избранный
18
azerbaijan-news.az

1Источники