ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı müsbət və konstruktiv olub.
APA xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Qeyd edilib ki, liderlər ticarət əlaqələri, iqtisadi əməkdaşlıq və qlobal sabitliyi müzakirə ediblər.
Hər iki lider "gərginliyi idarə etmək və qarşısını almaq üçün" dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
***
16:15
Çin və ABŞ liderləri telefon danışığı aparır.
APA “Xinhua” agentliyinə istinadən xəbər verir ki, hazırda ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı keçirilir.