RU

Əfqanıstan Trampın Baqram Hava Bazasının ABŞ-ın nəzarətinə qaytarılması tələbini rədd edib

Əfqanıstan

Kabil ABŞ-ın Əfqanıstandakı hərbi varlığının bərpasına icazə verməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Zakir Cəlali özünün X sosial şəbəkədəki səhifəsində bildirib.

"Əfqanıstan və ABŞ qarşılıqlı hörmət və ümumi maraqlar əsasında iqtisadi və siyasi əlaqələrə malik ola bilərlər, lakin ABŞ-ın Əfqanıstanın heç bir hissəsində hərbi mövcudluğuna ehtiyac yoxdur", - deyə o vurğulayıb.

Məryəm Quliyeva

Избранный
24
xalqcebhesi.az

1Источники