Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ozon təbəqəsi ilə bağlı onilliklərdir davam edən qlobal mübarizənin nəticə verdiyi görünür.
Qaynarinfo xəbər verir ki, 2024-cü il üzrə göstəricilər yaxşılaşmaya işarə etsə də, mütəxəssislər hələ də ehtiyatlı yanaşır. Bəs bu, həqiqətən qalıcı bir toparlanmadırmı, yoxsa planetin ən kövrək qalxanı yeni təhdidlərlə üz-üzədir?
Ozon təbəqəsinin rolu
Ozon təbəqəsi atmosferin stratosfer qatında, yer səthindən 11–40 kilometr yüksəklikdə yerləşir və əsas vəzifəsi günəşdən gələn ultrabənövşəyi-B şüalarını süzərək dəri xərçəngi, katarakta, immun sisteminin zəifləməsi və ekosistem zərərlərinin qarşısını almaqdır.
İstanbul Universiteti-Cərrahpaşa Orman fakültəsinin professoru Doğanay Tolunayın sözlərinə görə, ozon səviyyəsində cəmi 10 faizlik incəlmə belə, dünya üzrə əlavə 300 min dəri xərçəngi hadisəsinə səbəb ola bilər. 1990–2010-cu illərdə günorta saatlarında günəşə çıxmamaq, yüksək faktorlu qoruyucu krem və eynək istifadə etmək kimi tövsiyələr məhz bu səbəbdən gündəmdə idi.
Montreal protokolu və qlobal əməkdaşlıq
1970-ci illərdə alimlər kloroflorokarbonların (CFC) ozon təbəqəsini incəltdiyini aşkar etdi. Bu maddələr soyuducularda, kondisionerlərdə, yanğınsöndürmə vasitələrində və sprey məhsullarında geniş istifadə olunurdu. 1987-ci ildə imzalanan Montreal protokolu ilə bu kimyəvi maddələrin 99 faizdən çoxunun istifadədən çıxarılması qərara alındı. Protokol daha sonra bir neçə dəfə yeniləndi. Türkiyə sənədə 1991-ci ildə qoşuldu.
2024-cü ilin məlumatları ümidvericidir
Dünya Meteorologiya Təşkilatının hesabatına görə, 2024-cü ildə ozon örtüyü əvvəlki illərə nisbətən daha sağlam olub. Antarktida üzərində hər bahar müşahidə edilən ozon dəliyi 1990–2020 ortalamasının xeyli altında qalıb. BMT baş katibi Antonio Quterreş də açıqlamasında bunun beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi olduğunu vurğulayıb.
2024-cü ilin sentyabrında ölçülən maksimum ozon kütləsi açığı 46,1 milyon ton olub ki, bu da əvvəlki orta göstəricilərdən aşağıdır. Bununla belə, alimlər risklərin hələ də davam etdiyini bildirir.
Risk faktorları
* Qlobal istiləşmə: Atmosferdəki istilik dəyişiklikləri Antarktida üzərində ozon itkisini sürətləndirə bilər.
* Aşağı enliklər: Tropik bölgələrdə gözlənilən yaxşılaşma müşahidə olunmur.
* Əvəzləyici kimyəvi maddələr: İstifadədən çıxarılan maddələrin alternativləri də bəzən mənfi təsir göstərə bilir.
Tam bərpa üçün proqnoz
Əgər mövcud sürət qorunsa, ozon təbəqəsinin 1980-ci illərin səviyyəsinə qayıdışı mümkündür:
* Arktikada – 2045
* Dünyanın digər bölgələrində – 2040
* Antarktida ətrafında – 2066
* Gündəlik həyata təsiri
Prof. Dr. Doğanay Tolunayın sözlərinə görə, ozon təbəqəsinin tam bərpası ilə ultrabənövşəyi şüaların yaratdığı dəri xərçəngi halları xeyli azalacaq. Xüsusən günəşin güclü olduğu Ege, Aralıq dənizi və Cənub-Şərqi Anadolu bölgələrində bu təsir daha çox hiss ediləcək.
Nələr edilməlidir?
* Ozon səviyyələri və kimyəvi maddələrin emissiyası müntəzəm izlənməlidir.
* Montreal protokolu çərçivəsində beynəlxalq öhdəliklər yerinə yetirilməlidir.
* Daha təhlükəsiz və "ozon dostu” texnologiyalar dəstəklənməlidir.
* İctimaiyyət günəş şüalarının zərərləri və qorunma yolları barədə məlumatlandırılmalıdır.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.