Ermənistanın sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib. Bu qərar Ermənistan Prezidenti Vaaqn Xaçatryan tərəfindən Baş nazir Nikol Paşinyanın təklifi ilə verilib.
Sherg.az Bakupost.az-a istinadən xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin saytında dərc olunub.
“Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin”, – sənəddə qeyd olunur.
Qeyd edək ki, o, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilmişdi.