RU

Avropa Komissiyası Rusiyanın mayeləşdirilmiş təbii qazından daha tez imtina edəcək

ain.az bildirir, 525.az portalına istinadən.

Avropa Komissiyası 2027-ci il yanvarın 1-nə qədər Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa qoymağı nəzərdə tutur. 

525.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, Moskvaya qarşı 19-cu sanksiyalar paketinin bir hissəsi kimi həyata keçiriləcək.

Əvvəllər Aİ-yə üzv ölkələr 2028-ci il yanvarın 1-dək Rusiyadan LNG idxalını mərhələli şəkildə dayandırmağı planlaşdırırdılar. Avropanın qazının təxminən 19 faizi Rusiyadan gəlir. İspaniya, Belçika, Niderland və Fransa LNG idxal edir. Macarıstan, Slovakiya və Bolqarıstan isə "Türk axını" vasitəsilə qaz alır.

Avropa Komissiyası ilkin olaraq 19-cu sanksiya paketini sentyabrın 13-də təqdim etməyi planlaşdırırdı. AK prezidenti Ursula fon der Leyen və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığından sonra məhdudiyyətlərin elanı sentyabrın 19-na qədər təxirə salınıb. Tramp Avropaya təzyiq göstərir, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı daha sərt sanksiyalar tələb edir. ABŞ prezidentinin tələblərindən biri də Avropa ölkələrinin Rusiyanın enerji təchizatından tamamilə imtina etməsidir.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
50
525.az

10Источники