AZ

Aİ Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib

Avropa Komissiyası (AK) Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib. Sanksiyalar 19 sentyabrda təqdim olunacaq, AK-nın rəsmi nümayəndəsi Paula Pinyu bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen yeni məhdudiyyətləri açıqlamaq üçün Aİ diplomatiyasının rəhbəri Kaya Kallasla birgə bəyanat verəcək.

“Politico” yazır ki, əvvəlcə məhdudiyyətlərin müzakirəsi qeyri-müəyyən vaxta təxirə salınmışdı, çünki ABŞ prezidenti Donald Tramp və Aİ Slovakiya ilə Macarıstana Rusiyanın neftindən asılılığı azaltmaq üçün təzyiq göstərirdilər. 18 sentyabrda isə diplomatlara istinadən bildirildi ki, AK təklifi 19 və ya 22 sentyabrda təqdim edə bilər.

“Handelsblatt”ın məlumatına görə, yeni paket çərçivəsində Aİ vizalarının məhdudlaşdırılması ilə bağlı vahid qaydalar tətbiq olunacaq, həmçinin Rusiya nefti ticarətində iştirak edən Hindistan və Çin bankları və neft emalı zavodlarına sanksiyalar şamil ediləcək. “Kölgə donanması” adlanan əlavə gəmilər də siyahıya daxil ediləcək.

Seçilən
27
50
banker.az

10Mənbələr