Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, Əzizli üçüncü yer uğrunda görüşdə Ulan Muradbek Uulunu 9:0 hesabı ilə məğlub edib.
Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan Əzizli (4 qızıl, 3 bürünc) bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта