RU

Zidanın oğlu vətəndaşlığını dəyişdi: Bu ölkənin yığmasında oynayacaq

27 yaşlı qapıçı Luka Zidan idman vətəndaşlığını dəyişib və bundan sonra Əlcəzair millisində çıxış edə biləcək.

Publika.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

FİFA da bu dəyişikliyi təsdiqləyib, yəni əfsanəvi Zinəddin Zidanın oğlu artıq Afrika millisində oynaya biləcək. O, Fransanı gənclər səviyyəsində təmsil edib.

Klub səviyyəsində Luka Zidan bütün karyerasını İspaniyada keçirərək, “Real”, “Racinq”, “Rayo Valyekano” və “Eybar” komandalarında oynayıb .

Избранный
27
publika.az

1Источники