DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna – Azərbaycan oyununun biletləri satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, oktyabrın 13-də Polşanın Krakov şəhərində təşkil olunacaq matç üçün ən ucuz biletin qiyməti 85 Polşa zlotasıdır.
Bu isə təxminən 40 AZN deməkdir. Hər azarkeş onlayn vasitəsilə maksimum 4 bilet ala bilər.
Ukrayna – Azərbaycan matçı “Krakoviya” stadionunda keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan qarşılaşmada 1:1 hesabı qeydə alınıb.