Kamçatkada təxminən 24 saat ərzində 120-dən çox zəlzələ baş verib.
Publika.az xəbər verir ki, "RİA Novosti" bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin regional bölməsinə istinadən məlumat yayıb.
“19 sentyabr səhər saat 9:00-dan 20 sentyabr səhər saat 8:00-a qədər 124 zəlzələ baş verib. Onlardan 25-i Petropavlovsk-Kamçatskidə hiss olunub”, - deyə məlumatda bildirilib.
Yeraltı təkanların çoxu 5 baldan güclü olub.