RU

Qoşunlarımız Rusiya qüvvələrini darmadağın edir - Zelenski

Ukrayna silahlı qüvvələri Donetsk vilayətində əks-hücumlarını davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.

O bildirib ki, Ukrayna qoşunları Rusiya hücumunun ən mühüm oxlarından olan Pokrovsk və Dobropol bölgələrində əks-hücum əməliyyatlarını davam etdirir.

Zelenskinin sözlərinə görə, Rusiya tammiqyaslı hücuma keçə bilməyib.

"Qoşunlarımız Rusiya qüvvələrini darmadağın edir. Ruslar xeyli itki verib. Ölkəmizin mübadilə fondu da xeyli artırılıb. Hər gün daha çox rusiyalı əsir götürülür", - deyə Zelenski qeyd edib.

Избранный
19
5
publika.az

6Источники