RU

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu keçiriləcək

BAKI, 20 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisi davam edir.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan turnirin ikinci günündə Formula 1 üzrə üçüncü sərbəst yürüşlə sıralama turu, Formula 2 üzrə isə sprint yarışları baş tutacaq.

Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 üzrə iki sərbəst yürüş, Formula 2 üzrə sərbəst yürüş və sıralama yarışları keçirilib.

Bakıda sayca 9-cu dəfə təşkil olunan yarış trekinin uzunluğu 6 kilometrdir.

Formula 1 təqvimindəki ən uzun halqalardan sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dövrə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi isə trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Избранный
64
47
teleqraf.com

10Источники