RU

Ürək dərmanı ilə bağlı xəbərdarlıq bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman varfarin bəzi vitamin və bitki tərkibli əlavələrlə birlikdə qəbul ediləndə ölümcül reaksiyalara səbəb ola bilər.

İngiltərədə ən çox təyin edilən antikoaqulyant olan varfarin, ifliclə nəticələnə biləcək qan laxtalarının qarşısını almaq üçün bir milyondan çox xəstəyə yazılır. Dərman qanın damarlarla daha rahat hərəkət etməsinə kömək edir və ürək ritm pozğunluğu, ürək qapağı əməliyyatı, qan laxtalanma problemləri və əməliyyatdan sonrakı dövrdə xəstələrə verilir.

Lakin İngilis Ürək Fondunun mütəxəssisi Viktoriya Teylor xəbərdarlıq edib ki, varfarini K vitamini, omega-3 əlavələri və məşhur bitki dərmanı sarı kantaron ilə birlikdə qəbul etmək dərmanın təsirini zəiflədə və ölümcül qanaxmalara yol aça bilər.

NHS (Milli Səhiyyə Xidməti) də oxşar xəbərdarlıq edərək, varfarin istifadə edənlərin bitki mənşəli dərmanlardan uzaq durmalı olduqlarını bildirib. Xüsusilə sarı kantaron depressiya üçün istifadə olunsa da, varfarinlə birlikdə təhlükəli yan təsirlər yarada bilər.

Teylor deyib:

"Qida əlavələri heç də həmişə faydalı deyil, bəzən əksinə, zərərlidir."

"Vitamin və mineralların yüksək dozada qəbul edilməsi sağlamlıq üçün risklidir. Həmişə 'çoxu yaxşıdır' demək düzgün deyil."

"Əlavələrə pul xərcləməzdən əvvəl həkimlə məsləhətləşin. Əgər ehtiyac varsa, həkim özü təyin edəcək."

Mütəxəssislər yalnız D vitaminini istisna hesab edirlər. Sonbahar və qış aylarında günəş işığının az olması səbəbindən gündə 10 mikroqram D vitamini qəbul edilməsi tövsiyə olunur.

Varfarinin əks təsirləri:

Kiçik kəsiklərdən uzunmüddətli qanaxma,

Tez-tez diş əti və burun qanaması,

Asanlıqla göyərmələr,

Nadir hallarda isə daxili qanaxma və beyində qanaxma.

Əgər qanaxma 10 dəqiqədən çox davam edərsə, qan qusma və ya qan öskürmə baş verərsə, dərhal həkimə müraciət edilməlidir.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
5
news.milli.az

10Источники