ABŞ-da paraşüt təlimi zamanı Polşanın iki hərbçisi həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı "X" sosial şəbəkəsində məlumat yayıb.
"2025-ci il sentyabrın 19-da ABŞ-da gecə paraşüt təlimi zamanı xüsusi təyinatlıların iki döyüşçüsünün ölümü ilə nəticələnən faciəvi qəza baş verib", - məlumatda bildirilir.
Həlak olanların ailələrinə yardımların göstəriləcəyi qeyd edilir.
Xüsusi komissiya insidentin səbəblərini araşdırır.