RU

ABŞ-da təlim zamanı Polşanın iki hərbçisi həlak olub

ABŞ-da paraşüt təlimi zamanı Polşanın iki hərbçisi həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı "X" sosial şəbəkəsində məlumat yayıb.

"2025-ci il sentyabrın 19-da ABŞ-da gecə paraşüt təlimi zamanı xüsusi təyinatlıların iki döyüşçüsünün ölümü ilə nəticələnən faciəvi qəza baş verib", - məlumatda bildirilir.

Həlak olanların ailələrinə yardımların göstəriləcəyi qeyd edilir.

Xüsusi komissiya insidentin səbəblərini araşdırır.

Избранный
25
2
ikisahil.az

3Источники