RU

Azərbaycanda bir işə yaramayan məşhur 1 milyon istədi - Keçmiş klubundan

Rui Vitorianı istefaya göndərəndən sonra baş məşqçi axtarışlarını davam etdirən “Panatinaikos” bu vəzifə üçün keçmiş çalışdırıcısını gündəmə gətirib.

Yunan mediasında yer alan xəbərlərə görə, Afina təmsilçisi sükanı Fernandu Santuşa tapşırmaq istəyir.

Bu yaxınlarda uğursuz nəticələrdən sonra Azərbaycan millisindən sonra istefaya göndərilən 71 yaşl portuqaliyalı Yunanıstanda əsas millinin, PAOK-un, “Panatinaikos”un və AEK-in baş məşqçisi olub.

Bizdəki məlumata görə, Santuş yenidən Elladaya yollanmağa həvəslidir. O, keçmiş klubunun rəsmiləri ilə artıq ilkin danışıqlar aparıb.

Sabiq “Beşiktaş“lı illik 1 milyon avro qarşılığında təkrar ora dönməyə razı olduğunu bildirib.

Çalışdırdıcı millimizdə bərabər işlədiyi həmyerlilərini də özüylə “Panatinaikos”a gətirəcəyini qarşı tərəfə çatdırıb. Bəli, anlaşma əldə olunacağı təqdirdə.

SPORTİNFO.AZ

Избранный
32
sportinfo.az

1Источники