RU

Meksikada 21 yaşlı peşəkar boksçunun küçədə meyiti tapıldı

Meksikada 21 yaşlı peşəkar boksçu Xesus İvan Merkado Kabreranın küçədə meyiti tapılıb.

İdman.biz xəbər verir ki, onun cəsədi yol kənarındakı arxda aşkarlanıb.

Boksçunun ailəsi üç gün əvvəl onun itkin düşməsi barədə məlumat verib. Cəsəd Merkadonun bədənindəki döymələr sayəsində tanınıb. Zorakılıq izləri aşkarlanmasa da, kənar müdaxilə əlamətləri qeydə alınıb.

Faktla bağlı Sonora ştatının Baş Prokurorluğu araşdırmaya başlayıb.

Qeyd edək ki, Xesus Merkado peşəkar boksda debütünü 2021-ci ilin sentyabrında edib. Karyerasında 17 döyüş keçirib: 7 qələbə, 9 məğlubiyyət və 1 heç-heçə. Onun son döyüşü bu ilin aprelində Enrike Torres Xuaresə qarşı olub. Merkado sentyabrın 27-də Sonoranın Ermosilyo şəhərində Adrian Ruizə qarşı rinqə çıxmalı idi.

İdman.biz

Избранный
47
1
idman.biz

2Источники