RU

Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR

Abşeron rayonunda Dövlət Suverenliyi Günü qeyd edilib və Antiterror əməliyyatı şəhidləri anılıb. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, YAP Abşeron rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyə nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və  rayon ictimaiyyəti iştirak edib. 

Yenisabah.az xəbər verir ki, işçtirakçılar əvvəlcə Dövlət Suverenliyi Günü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər. 

Daha sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən və məğrur ordumuzun qələbəsi ilə başa çatan antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn qəhləmanlarımızı anmaq üçün Xırdalan şəhərində şəhidlərin Xatirə Kompleksi ziyarət olunub. Burada abşeronlu şəhidlərin xatirəsinə güllər düzülərək vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımız anılıb, xatirələri yad edilib.  Dördpendirli pizza

Şəhid ailələri və müharibə iştirakçıları ilə görüşən RİH başçısı Abdin Fərzəliyev onların qayğıları ilə maraqlanıb. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı bu diqqətin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində vətənimizin ərazi bütövlüyünün və dövlət süverinliyinin tam bərqərar olduğunu qeyd edən A.Fərzəliyev artıq Qarabağda soydaşlarımızın azad, təhlükəsiz və firavan yaşadığını söyləyib.

Sonra RİH başçısı şəhid ailələri ilə birgə Xırdalan şəhərindəki Şəhidlər Xiyabanına, o cümlədən Novxanı və Mehdiabad qəsəbəsindəki şəhidlərimizin məzarlarını ziyarət edərək, gül dəstələri düzüb və xatirələrini anıb.

Görüş və ziyarətlərdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

  • Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR

Telegram kanalımız
Избранный
31
7
yenisabah.az

10Источники