RU

Rus hərbçiləri Dnepropetrovsk vilayətinə kütləvi hücum həyata keçirib

Ukraynanın Dnepropetrovsk vilayəti Rusiya qüvvələrinin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi kütləvi hücuma məruz qalıb. Hadisə nəticəsində bir nəfərin həyatını itirdiyi, 13 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Far.Az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak açıqlama verib.

Onun sözlərinə görə, yaralıların çoxu orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, bir nəfərin vəziyyəti isə kritikdir.

Raket zərbələri Dnepr şəhərində bir neçə yanğına da səbəb olub.

Избранный
26
1
far.az

2Источники