RU

DÇ: Daha üç təmsilçimiz mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha üç təmsilçimiz mübarizəyə start verəcəklər.

Yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63) Bayaman Kərimovla (Qırğızıstan), Həsrət Cəfərov (67kq) Neyser Marimon Hidalqo (Venesuela) ilə İslam Abbasov (87 kq) isə Stanislav Şafarenkoyla (UWW) qarşılaşacaq.

Bu gün Ülvi Qənizadə (72 kq) final görüşündə Fransa təmsilçisi İbrahim Qanemə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda qarşılaşmalarda mübarizə aparacaqlar.

Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Eldəniz Əzizli üçün DÇ-də bürünc medal şansı

4 güləşçimiz mübarizəyə qoşulur

Nurməhəmmədovdan bürünc medal

Təmsilçimiz dünya ikincisi olub

Dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək

Избранный
69
7
apasport.az

10Источники