RU

Türkiyə qədim "Siloam" kitabəsini İsrailə qaytarmayacaq

"Siloam" kitabəsinə görəTürkiyə və İsrail arasında illərdir davam edən mübahisə yenidən gündəmə gəlib.

Kulis.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu kitabənin Qüdsə aid olduğunu və geri qaytarılmalı olduğunu bildirib.

Lakin Türkiyə 2700 illik bu tarixi əsərin 1883-cü ildə qanuni şəkildə İstanbul Arxeologiya Muzeyinə gətirildiyini və burada qalacağını bəyan edib.

Sözügedən kitabə qədim Qüdsdə inşa edilən su tunelinin tikinti prosesini təsvir edən vəqədim İvrit dilində yazılmış nadir mənbələrdəndir.

Yazılı abidə 1880-ci ildə tapılıb və Osmanlı dövründə İstanbula gətirilib.

İsrailin həmin abidəyə görə müxtəlif dövrlərdə etdiyi təkliflər nəticəsiz qalıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri kitabənin hüquqi və tarixi əsaslarla ölkədə qalacağını bildiriblər.

Избранный
19
1
kulis.az

2Источники