Ermənistan Azərbaycanla sülh qurulması sayəsində öz tarixinin tamamilə fərqli bir mərhələsinə qədəm qoyub.
Xezerxeber.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.
"Artıq bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan xəttində atışma və itki yoxdur. Ermənistan-Azərbaycan sərhədində əsgər ölmür, bu sülhdür. Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb", - Paşinyan əlavə edib.