RU

Çarli Kirklə vida mərasiminin keçiriləcəyi stadionda silahlı şəxs saxlanılıb

ABŞ Gizli Xidməti sentyabrın 21-də amerikalı fəal Çarli Kirklə vida mərasiminin keçiriləcəyi "State Farm Stadium"da silahlı şəxs saxlayıb.Bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılan şəxsin üzərində tapança və bıçaq olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı olan Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayıb.

İlkin məlumatlara görə, güllə kampus binalarından birinin damından təxminən 180-200 metr məsafədən atılıb. Kirk ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, qısa müddət sonra dünyasını dəyişib.

Sentyabrın 12-də Yuta ştatının qubernatoru Spenser Koks qətldə şübhəli bilinən şəxs Tayler Ceyms Robinsonun saxlanıldığını bildirib.

Избранный
39
2
anews.az

3Источники