RU

Polad Mehdiyev: "Azərbaycan bu gün beynəlxalq nüfuzu isə möhkəmlənmiş bir dövlət kimi dünyada layiqli yerini tutur"


Bu sözləri 7news.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib: "20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqillik uğrunda onilliklər boyu aparılmış mübarizənin rəmzi yekunu kimi xüsusi tarixi dəyərə malikdir. 
Bu günün rəsmi təqvimə daxil edilməsi Prezident İlham Əliyevin müasir Azərbaycan tarixində xüsusi rolunu bir daha təsdiqləyir. Onun qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu gün tam suveren, əraziləri bütöv, sərhədləri toxunulmaz, beynəlxalq nüfuzu isə möhkəmlənmiş bir dövlət kimi dünyada layiqli yerini tutur.

Artıq 2025-ci il "Konstitusiya və Suverenlik İli” elan edilib və bu, Azərbaycanın hüquqi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli kimliyimizin daha da gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır .

Dövlət Suverenliyi Günü yalnız bir tarixi hadisənin xatırlanması deyil, həm də müasir Azərbaycanın milli gücünün, siyasi iradəsinin və beynəlxalq hüququn təntənəsinin simvoludur. Bu gün biz artıq tam suveren, ərazi bütövlüyünü bərpa etmiş, sərhədlərinin toxunulmazlığını təmin etmiş bir dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşuq. 

Qarşıdakı vəzifə bu nailiyyətləri qorumaq, dövlətçilik ənənələrimizi daha da möhkəmləndirmək və Azərbaycanı gələcək nəsillərə daha güclü, daha qüdrətli şəkildə ötürməkdir."
 
 

Избранный
10
7news.az

1Источники