RU

Gül kələmini belə yemək şəkərin çarəsi imiş

Gül kələmi və digər dondurulmuş tərəvəzlər şəkər xəstəliyinə qarşı faydalıdır.

Mütəxəssislər bildirir ki, dondurulmuş tərəvəzlərin qida dəyəri təzə tərəvəzlərlə eyni, bəzən isə daha yüksək ola bilər. Çünki tərəvəzlər evdə uzun müddət saxlanıldıqda vitamin və mineral itkisi baş verir. Xüsusilə diyabetdən əziyyət çəkənlər üçün dondurulmuş tərəvəzlər qan şəkərini tarazlamaqda mühüm rol oynayır.

Tərəvəzlər az karbohidratlı olduqları üçün qan şəkərinə ciddi təsir göstərmir. Lakin lif baxımından zəngin tərəvəzlər həm toxluq yaradır, həm də çəkiyə nəzarətdə kömək edir.

Bəzi dondurulmuş tərəvəzlərə əlavə şəkər, yağ və duz qatılır. Buna görə paket üzərindəki tərkibi diqqətlə oxumaq vacibdir.

Qan şəkəri üçün faydalı dondurulmuş tərəvəzlər

Qarışıq tərəvəzlər (göbələk, soğan, bibər və s.) - az karbohidratlı, çox lifli, toyuq və ya balıqla birlikdə tam yemək olar.
Gül kələmi - "Gül kələmi düyüsü" formasında istifadə oluna bilər. Düyü əvəzinə çox aşağı karbohidratlı alternativdir. Bir porsiyada cəmi 5 qram karbohidrat, 3 qram lif var.
 Brokoli - tərkibindəki sulforafan maddəsi insulinin təsirini artırır, qan şəkərini aşağı sala bilər.
İspanaq - 1 stəkan dondurulmuş ispanaqda 7 qram karbohidrat və 4,5 qram lif var. 
Brüssel kələmi - 6 qram lif və yüksək C vitamini ilə sağlamlıq üçün dəyərlidir.
Kara kələm (kale) - çox az karbohidratlı, vitamin və minerallarla zəngindir. Salat və isti yeməklərə əlavə edilə bilər.
Şirin kartof - digər tərəvəzlərə nisbətən daha yüksək glisemik indeksə malik olsa da, lif və maqnezium sayəsində qan şəkərinə faydalıdır.

Dondurulmuş tərəvəzlər həm praktiki, həm də sağlam seçimdir. Qan şəkərini nəzarətdə saxlamaq üçün lifli tərəvəzlər üstünlük təşkil etməlidir. Bu həm sağlam, həm də dadlı yeməklər hazırlamağın açarıdır.

Избранный
9
3
olke.az

10Источники