RU

Xaçmazda Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, hər il 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi və dövlət suverenliyi işğaldan azad olunmuş bütün ərazilərdə bərpa olunub.
Digər çıxış edənlər – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi Ceyhun Əsədov, Vətən müharibəsi qazisi, mayor Tariyel Didarov, müharibə veteranı Qəhrəman Qasımov və şəhid Tural Ağcabəyovun həyat yoldaşı Turanə Ağcabəyova – bu əlamətdar günün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan dövlətinin hazırda müstəqilliyinin ən şanlı dövrünü yaşadığını vurğulayıblar.
Sonda suverenliyimizə həsr olunmuş “Səbrin sonu” filmi nümayiş etdirilib.
 
Избранный
22
1
7times.az

2Источники