RU

Ukraynanın azadlığı uğrunda daha bir azərbaycanlı şəhid oldu – FOTO

Musavat.com xəbər verir ki, Ukraynanın azadlığı və suverenliyi uğrunda döyüşən daha bir soydaşımız şəhidlik zirvəsinə ucalıb.

Soydaşımız Qabil Osmanlının yaydığı məlumata görə, 1987-ci il martın 30-da dünyaya gəlmiş Həsənov Tofiq Tahir oğlu sentyabrın 13-də Xarkiv vilayətinin Ternova kəndində döyüş tapşırığını icra edərkən qəhrəmancasına həlak olub. O, Ukrayna ordusunun hərbçisi kimi xidmət edir, hava dronları üzrə operator və aparıcı mütəxəssis vəzifəsində çalışırdı.

Soydaşımızın ölümü həm Azərbaycan, həm də Ukrayna ictimaiyyətində dərin hüznlə qarşılanıb. Onun haqqında yayılan məlumatlarda qeyd olunur ki, Tofiq Həsənov vətənpərvərliyi, peşəkarlığı və fədakarlığı ilə seçilib.

P.S. Hazırda Ukrayna ordusunda minlərlə azərbaycanlı döyüşür. Təəssüf ki, 100-ə yaxın soydaşımız artıq bu müharibədə həyatını itirib.

Musavat.com

Избранный
50
7
musavat.com

10Источники