Olaylar.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib:
"Qardaş Azərbaycanı 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik" - deyə qeyd olunub.
X X X
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Olaylar.az xəbər verir ki, nazirliyin sosial media hesablarında bu barədə paylaşım edilib:
"Azərbaycan türkü qardaşlarımızın Suverenlik günü mübarək olsun. Tək Millət, İki Dövlət anlayışı ilə həmişə bir və birlikdə olmağa davam edəcəyik"
- deyə qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31