Müğənni olmaq bir çox insan üçün sadəcə peşə deyil, həm də həyat tərzi və şəxsiyyətin bir hissəsidir. Lakin bu peşə ilə bağlı cəmiyyətdə müəyyən yanlış fikirlər də mövcuddur. Xüsusilə qadın ifaçılar bəzən əyləncə və şou dünyası ilə, qeyri-etik həyat tərzi ilə əlaqələndirilir. Bu isə onların damğalanmasına və təhrif olunmuş şəkildə qəbul edilməsinə səbəb olur.
Hətta səhnə adamları arasında belə “öz oğluma müğənni qız almaram” deyənlərə rast gəlinir.
Əsasən də bir az yaşlı nəsildən olan müğənnilər bu cür fikirlərlə gündəmə gəlirlər. Toyuqlu pizza
Niyə həmin nəslin nümayəndələri illərdir səhnədə olsalar da, müğənniləri cəmiyyətə yaxşı formada təqdim etmirlər?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən müğənni Ofelya Şabanova bildirib ki, səhnə insanlarının bu cür fikirlər səsləndirmələri gülməlidir:
“Çox yanlış fikirdir. Necə yəni "qızımı müğənni oğlana verərəm, amma oğluma müğənni qız almaram". Bu gülməli fikirdir. Əxlaqsız və şərəfsiz hər bir sahədə var. Bu fikirləri deyən qadın ifaçıya deyərdim ki, ay "müğənni" xanımlar, bəzi öz kefi və maddi maraqları üçün ailəsini dağıdan qadın ifaçıları görüb bütün xanımlar haqqında belə danışmayın. Bu hal insanın ilk olaraq özünü təhqir etməsi deməkdir. Yəqin sən çox ağır yollar keçmisən ki, belə düşünürsən. Hər kəs eyni ağıla malik deyil. Kaş ki, mənim oğlanlarıma da mənim özüm kimi müğənni qismət olsun”.
İfaçı əlavə edib ki, belə aqressiyanın yaranma səbəbi bəzən bəzi qadın ifaçıların yüngül həyat tərzi sürməsi ilə bağlıdır:
“Elə qadın ifaçılar var ki, əxlaqsız həyat tərzi yaşayırlar. Buna görə də belə fikirlər yaranır. Amma mənim tanıdığım, ailəli, gənc xanım müğənnilər var ki, sən onların atılan dırnağı belə ola bilməzsən. Elə xanımlara baxıb danışmaq lazımdır. Aqressiyanın əsas səbəbi ya bu cür halları görməmələri, ya da özlərinin çirkli əməlləridir. Mənim üçün isə şərəfli, qeyrətli, namuslu müğənni xanımı oğlanlarıma gəlin seçməkdə heç bir problem yoxdur. Niyə də yox. Allahın bəxş etdiyi istedadı varsa, demək Allahın sevdiyi bəndədir. Əxlaqsız yaşayan "oxuyanlara" da baxın, onlarda istedad deyilən bir şey yoxdur. İstedadlı ifaçının Allaha yaxın olması buna sübutdur”.
Aydan Hacı
Telegram kanalımız