Şair Əlisəmid Kürün müalicəsi Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib: "Qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən pasiyentin vəziyyəti ağır stabildir. Aparılan müayinələrin nəticələrinə əsasən müsbət dinamika müşahidə olunur".
Qeyd edək ki, Əlisəmid Kürün səhhəti sentyabrın 15-i pisləşib, o, Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda şairin müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilir.