RU

Paşinyan təkrar seçiləcəyi təqdirdə partiyasının prioritetlərinin nə olacağını açıqlayıb

Bakı. Trend:

2026-cı ilin parlament seçkilərində “Vətəndaş müqaviləsi” qalibgələcəyi təqdirdə avrointeqrasiya üzrə səylərin aktivləşməsipartiyanın prioritetləri sırasında yer alacaq.

Trend erməni KİV-əistinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri NikolPaşinyan “Vətəndaş müqaviləsi” partiyasının qurultayında etdiyiçıxış zamanı danışıb.

Məlumata görə, qurultayda partiyanın bəyannaməsi yekdillikləqəbul olunub. Bəyannamədə qeyd olunur ki, seçkilərdə xalqınetimadını qazandıqdan sonra ümumxalq referendumu vasitəsiləErmənistanda yeni konstitusiyanın qəbul edilməsi prosesinəbaşlanması nəzərdə tutulub.

Paşinyan qeyd edib ki, partiya növbəti parlament seçkilərindəxalqdan respublikanın idarəetmə mandatını daha beş il uzatmaqxahişi ilə müraciət etməyi planlaşdırır.

“‘Vətəndaş Müqaviləsi’ Partiyası regionalizasiya zidd olmayan vəbalanslaşdırılmış xarici siyasəti qoruyaraq Ermənistanın Avropaİttifaqına üzvlüyü istiqamətində səyləri gücləndirməyiplanlaşdırır” – bəyannamədə bildirilir.

Избранный
37
1
az.trend.az

2Источники